Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
Müdafiə Nazirliyindən Millətin Səsi.az-a verilən məlumata görə, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.