Azərbaycanda komendant saatı 23:00-a kimi uzadılır? – Açıqlama

Azərbaycanda noyabrın 24-də rekord sayda yoluxma və ölüm qeydə alınıb. Belə ki, 3 646 nəfər koronavirusa yoluxub, 34 nəfər dünyasını dəyişib. Axşam saat 9-dan səhər 06:00-a kimi komendant saatı olduğuna görə ictimai nəqliyyatda sıxlıq yaranır. Əlbəttə avtobusdakı sıxlıq yoluxma sayının kəskin artmasına səbəb olur. Azərbaycanda komendant saatı axşam 11:00-a kimi uzadıla bilərmi?

Bununla bağlı danışan dosent Ədalət Rüstəm bildirib ki, Operativ Qərargah aprel ayındakı karantin rejiminə keçməsi barəsində qərar niyə vermir anlamıram:

“Aprel ayındakı sərt karantin rejiminə qayıtamaq lazımdır. İctimai nəqliyyatda avtobusların sayını artırmaq lazımdır. Avtobusda oturacaqların sayı qədər sərnişin götürülməlidir. Nəzarət mexanizmi gücləndirməlidir. Maskalara görə cərimələr 3000 manata qaldırılsın. Gürcüstanda maskasız gəzməyə görə 1000 dollar cərimədir. Komendant saatını 23:00-a qədər uzatmaq lazımdır ki, avtobusda sıxlıq olmasın. Komendant saatı 9-da başladığına görə insanlar evə tələsir. Bu da avtobuslarda sıxlıq yaradır. Bundan əlavə “sms icazə” və “evdə qal” sisteminə geri qayıtmalıyıq. Düşünürəm ki, bu artım dinamikası davam edərsə, komendant saatı 23:00-a kimi uzadıla və aprel ayındakı karantin rejiminə geri qayıda bilərik”./sonxeber.az

Share: