Kəlbəcərdə bayrağımız yüksəldildi – Video

Hərbçilərimiz bu gün təhvil verilən Kəlbəcər rayonunda Azərbaycan bayrağını qaldırıblar.

Milletinsesi.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videogörüntülər maraqla qarşılanıb.

Qeyd edək ki, gecə saatlarından başlayaraq Azərbaycan Ordusunun hərbi texnikası və canlı qüvvəsi Kəlbəcər rayonu ərazisinə yerləşdirilib. Ordumuz əsasən Kəlbəcər rayonunun Ermənistanla sərhədini nəzarətə almaq üçün hərəkətə keçib.

Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal edilmişdi.

 

Share: