“Bavariya” klubu avrokuboklarda “Atletiko”nun rekordunu təkrarlayıb.
Qol.az xəbər verir ki, Münhen təmsilçisi buna Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Zalsburq”la matçda nail olub. Bundesliqa klubu avstriyalıları 3:1 hesabı ilə məğlub etməklə ardıcıl 16-cı qələbəsini qazanıb.
Bu isə avrokuboklarda ən yaxşı göstərici hesab edilir. Beləliklə, “Bavariya” “Atletiko”nun 2011/12-ci illər mövsümündə Avropa Liqasında və UEFA Super kubokunda qırdığı rekordu təkrarlayıb.
Qeyd edək ki, “Bavariya” dekabrın 1-də 5-ci turda “Atletiko” üzərində qələbə qazanacağı təqdirdə, yeni rekord müəyyənləşdirəcək.