Qaynanmış su içməyin bizə faydası varmı?

İnsanların əksəriyyəti suyun kirli olduğunu düşünərək onu qaynadıb içir. Aşağıda yazılanları oxusanız qaynayan zaman suda nələr baş verdiyini öyrənmiş olarsınız.

1. Su qaynadıqda onun tərkibində olan kalsium, maqnezium, karbonat və digər minerallar çaydanın divarlarına yapışir. Yəni suyun tərkibi mineralsızlaşır.

2. Su qaynadıqda onun tərkibindəki oksigen buxarlanır. Bu səbədən də su ağırlaşır. Su nə qədər çox qaynayarsa, o qədər də ağır olur. (Sənayedə ağır suyu əldə etmək üçün onu uzun müddət qaynadırlar.) Ağır su isə hüceyrələr tərəfindən pis sorulur. Yəni qaynanmamış su hüceyrələri daha yaxşı qidalandırır.

3. Davamlı olaraq qaynadılmış su içən adamların dərilərinin rəngi solğun, saçları cansız olur.

4. Suya qatılan xlor qaynadıldıqda başqa birləşməyə çevrilir ki, bu da orqanizm üçün zərərli sayılır.

5. Aparılan araşdırmalar çiy su içənlərin fiziki aktivliyinin qaynamış su içənlərin fiziki aktivliyindən yüksək olduğunu müəyyən etmişdir.

Çiy su içməkdən çəkinənlərə mütəxəssislər müxtəlif su filtirlərindən istifadə etməyi məsləhət bilir. (azmedia.az)

Share: