Dünyanın ən böyük tətili başlayır

Hindistanda 10 qabaqcıl həmkarlar ittifaqı qrupu bu gün bir günlük ümummilli tətil başlatdıqlarını bildiriblər.
Bütün ölkədə baş verəcək tətildə 250 milyon insan iştirak edəcək.
Tətilçilər kənd təsərrüfatı və işçi qüvvəsi haqqında yeni qanunlara etiraz edirlər. Onlar hesab edirlər ki, bu qanunlar işçilərin hüquqlarını pozur.
Təşkilatçılar əlavə tələblər də irəli sürüblər: dövlət müəssisələrinin özəlləşdirilməsinə son qoyulması, kənd yerlərində məşğulluğun təminatı proqramının genişləndirilməsi.
Həmkarlar ittifaqları hökumətin kasıb ailələr üçün daha çox müavinət ödəməsini, yoxsullara aylıq düyü və digər vacib ərzaqları verməsini istəyir. İttifaqlar koronavirus pandemiyası səbəbindən həm kasıbların, həm də orta təbəqənin vəziyyətinin ağırlaşmasından narahatdırlar.
Ölkə səlahiyyətliləri bank əməliyyatlarında və mobil operatorların işində baş verə biləcək pozulmalar barədə xəbərdarlıq ediblər.
(Oxu.az)
Share: