Özbəkistan Baş nazirinin məsləhətçisi Mehriddin Xairiddinov PYD/YPG terror təşkilatını ziyarət edib.
Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, M. Xairiddinov qruplaşmanın sözdə xarici işlər bürosunun rəhbəri Əbdülkərim Ömərlə görüşüb.
Görüşün detalları barədə açıqlama verilməyib.
Özbəkistan rəsmisinin Suriyanın şimalında olan terrorçularla bir araya gəlməsi Türkiyə rəsmilərinin də narahatlığına səbəb olub.