Türkiyənin Malatya şəhərinin Pütürgə rayonunda 4,7 bal gücündə zəlzələ olub.
Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Adıyaman rayonunda da hiss edilib.
Zəlzələnin yerin 6,9 kilometr dərinliyində meydana gəldiyi bildirilir.
Qeyd edək ki, dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.