İranda ölümlərin 30 faizinin koronavirusdan baş verdiyi müəyyənləşib.
“Mehr” agentliyi xəbər verir ki, bu barədə İranın səhiyyə naziri İrəc Hərirçi məlumat verib.
Onun sözlərinə görə, son zamanlar COVID-19 nəticəsində ölənlərin sayında azalma müşayiət olunur: “Qırmızı həyəcan xəttində olan 89 şəhərdən 69-da yoluxma sayı azalıb”.
Qeyd edək ki, İranda 46 689 nəfər koronavirusdan ölüb, 908 346 nəfər isə virusa yoluxub./report