Dünya Səhiyyə Təşkilatının məlumatına görə 23 % yoluxanlar xəstəliyi simptomsuz keçirir.
Milletinsesi.az xəbər verir ki, ÜST-ün Avropa bürosunun əməkdaşı Oleq Storojenko simptomsuz xəstələrin yoluxmada rolunu açıqlayıb.
Virusun bir insandan digərinə keçmə dövrü 1-2 həftədir.
Bu müddət ərzində istənilən yoluxan ərtafdakılar üçün təhlükəlidir.
Orta və ağır xəstələrdən virus 3-4 həftə ətrafa keçə bilər.
Reanimasiyaya düşən xəstələrdə bu dövr daha uzundur.
Simptomsuz xəstələr isə ən azı 2 həftə ətrafa virusu yaya bilir. Bu qrupa xüsusən uşaqlar daxildir.
Çox maraqlı məqamlar qaçqın düşərgələri ilə bağlıdır. Biz orda ciddi yoluxma və ağırlaşmalar görmürük. Orda insanların çoxu gənclərdir. /medicina.az