Yaponiya sahillərində quru yük gəmisi və balıqçı gəmisi toqquşub

Yaponiya sahilləri yaxınlığında Sakit Okeanda quru yük gəmisi və balıqçı gəmisi toqquşub.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, hadisə İbaraki prefekturasının Kaşima limanında baş verib.

Dəniz Təhlükəsizliyi İdarəsindən bildiriblər ki, “№ 5 Fudomaru” balıqçılıq gəmisi toqquşmadan sonra aşıb və 12 nəfər suda qalıb.

Onların hamısı xilas edilib. Yaralananlardan 5 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri isə ölüb.

Yük gəmisində heç kimin xəsarət almadığı qeyd olunur.

Share: