“Vulverhempton”un zədəli futbolçusu Raul Ximenes kəllə sümüyü sınığından əməliyyat olunub.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 29 yaşlı hücumçu ötən gün “Arsenal”la səfər matçında (2:1) David Luislə toqquşma nəticəsində ağır kəllə-beyin travması alıb. Xəstəxanaya aparıldıqdan sonra ona kəllə sümüyünün sınığı diaqnozu qoyulub.
Meksikalı oyunçunun bu gecə Londonda əməliyyat olunduğu bildirilib.
Qeyd edək ki, Ximenes bu mövsüm 10 matçda 4 qol vurub.