“Twitter” sosial şəbəkəsi irqi, milli və etnik zəmində təhqir xarakterli yazılarla bağlı qaydaları sərtləşdirib.
Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Twitter” şirkətinin bəyanatında deyilir.
Yeni qaydalara əsasən qeyd olunan yazılar sosial şəbəkədən silinəcək. Nifrət xarakterli yazılar yazmaqda davam edən hesablar isə dondurulacaq.
Qeyd edək ki, “Twitter” 2019-cu ildə dini zəmində təhqiredici postlarla bağlı, bu ilin martında isə xəstəlik və fiziki məhdudiyyəti alçaldan ifadələr barədə qadağalar tətbiq etmişdi.