“Mançester Yunayted” heyətinə yeni futboçular qatmaq niyyətindədir.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Ole Qunnar Sulşer yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. “Qırmızı şeytanlar” “Atalanta”dan 18 yaşlı Amad Diallonu və “Lester”dən 22 yaşlı Xarvis Bransı transfer etmək istəyir.
Qeyd edək ki, Diallo 2019-cu ildən “Atalanta”da, Brans isə 2016-cı ildən “Lester”də çıxış edir.