İtaliyalı diplomatlar Gəncəyə səfər etdi

İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncəyə səfər edib.

Milletinsesi.az xəbər verir ki, xarici qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə gedərək, erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olublar.

Gəncəyə səfər edən İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari, İtaliya Deputatlar Paltasının sədr müavini Ettore Rosota və başqa İtalya rəsmilərini yerli rəsmilər müşahidə edir.

 

Share: