“Milan”dan 65 ilin rekordu

“Milan” İtaliya A Seriyasında son 65 ilin ən yaxşı startına imza atıb.

Qol.az xəbər verir ki, Stefano Piolinin komandası ilk 10 turda 8 qələbə qazanıb.

“Rassonyeri” ötən gecə 10-cu turda “Sampdoriya”nı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “qırmızı-qaralar”ın tarixində ən yaxşı start 1954/55 mövsümündə olub. Həmin vaxt Milanın eyniadlı təmsilçisi 10 oyunda 9 qələbə qazanıb.

Bundan başqa, “Milan”ın çempionatdakı məğlubiyyətsizlik seriyası 22-yə çatıb. Komanda sonuncu dəfə martın 8-də “Cenoa”ya uduzub – 1:2.

Share: