İranda sel fəlakəti: 7 ölü

İranda güclü sel yeddi nəfərin ölümünə səbəb olub.

Milletinsesi.az  xəbər verir ki, ölkənin cənubunda yerləşən Xuzistan, İsfahan, Buşir, Fars, Yəzd və Hormuzqan bölgələrində daşqınlar meydana gəlib.

Hormuzqan vilayətinin Parsian mahalında 5 və Buşir əyalətinin Deştistan bölgəsində 2 nəfərin öldüyü açıqlanıb.

Xuzistanın mərkəz şəhərləri olan Əhvaz və Buşir seldən ciddi şəkildə ziyan görüb, yaşayış məntəqələri su altında qalıb.

Share: