Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Girdəni kənd sakini A.Əsgərov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milletinsesi.az-a verilən məlumata görə, keçirilən baxış zamanı onun yaşadığı evin həyətindən 1 ədəd kisədə çəkisi 983 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır