Qoç – şübhəli və inamsız olmayın. Yaxın ətrafınızdakı insanlar belə davranışınızdan inciyə bilərlər. Etibarlı müttəfiqlə belə, dil tapmaq asan deyil.
Buğa – yaxın ətrafınızdakı insanlarla təmaslarda həddən ziyadə tələbkar olmayın. Aqressiv, təşəxxüslü davranmayın. Maliyyə çətinlikləri istisna deyil. Ümumi büdcə ilə bağlı məsələlərin müzakirəsi zamanı deyil.
Əkizlər – mühüm informasiyanın alınması, yeni və maraqlı kəşf ola bilər. Yenilikləri sürətlə əxz edin. Bu biliklərin nə zamansa karınıza gələcəyinə şübhə etməyin.
Xərçəng – uğursuz gündür. Eqoist, xudpəsənd olmayın. Yetənə yetib yetmədiyinizə daş atmayın. Nüfuzlu insanları sərt tənqid etməyin. Münaqişələr, dartışmalar ciddiləşə bilər.
Şir – maliyyə məsələləri ilə bağlı önəmli qərar qəbul etmək üçün əlverişli zaman deyil. Günün ikinci yarısında alış-veriş əlverişli olmayacaq.
Qız – travma riski böyükdür. İstənilən avadanlıq və alətlə işləyərkən ehtiyatlı olun. Ekstremal əyləncə və məşğuliyyəti təxirə salın.
Tərəzi – səfər və ya səyahət üçün yaxşı zaman deyil. Onlar çox vaxt alacaq, amma yaxşı təəssürat oyatmayacaqlar. Xroniki ağrıların kəskinləşməsi istisna deyil.
Əqrəb – narahat, qarışıq, amma maraqlı gündür. Sizi aldatmağa çalışan insanları faş edin. İntriqaları aşkarlayın, başqalarının zəifliklərindən bəhrələnməyə can atanların qarşısını alın.
Oxatan – ədalət uğrunda mübarizəyə başlayanda unutmayın ki, belə savaşdan qalib çıxmayacaqsınız. Günün ikinci yarısında maliyyə durumu əlverişlidir. Gəlir istisna deyil.
Oğlaq – sevdiyiniz insanla dil tapmaq asan deyil. O, ən kiçik məsələyə görə sizdən küsə bilər. Uşaqlar və yaşlı qoşumlarla həssas olun. Ailə üzvlərini sevindirin.
Dolça – gün öz-özlüyündə pis deyil. Amma əhvalınızı yaxşı adlandırmaq çətindir. Ən kiçik problem və ya xoşagəlməz situasiyaya kəskin reaksiya verməyin. Yaxın ətrafınızdakı insanlarla sərt danışmayın.
Balıqlar – insanlar sizdən kənar durmağa çalışırlar. Maliyyə məsələlərinə görə münaqişə ola bilər. Günün ikinci yarısı alış-veriş üçün pis zaman deyil.