BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Sentyabr 24 2019

Bölgədə ilanlar tüğyan edir


Rayon sakini qoyun otaran zaman ilan onun sol ayağın topuq nahiyəsindən sancıb

Son illər Azərbaycanın şimal-qərb bölgəsində ilan sancma halları nəzərəçarpacaq dərəcədə artıb. Havalar hələ tam isinməsə də, Qaxda 2-ci dəfə ilansancma hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Qıpçaq kəndi ərazisində yaşanıb. Əslən Laçın rayonundan olan, hazırda Qaxda məskunlaşan məcburi köçkün, 1987-ci il təvəllüdlü Şahmərdan Eldar oğlu Ağalarov ilan sancması ilə bağlı Qax Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Rayon sakini qoyun otaran zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. Xəstə dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub./sputnik