BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Sentyabr 24 2019

“Diqlas” nə vaxt sökülür?


Bakıda yanan “Diqlas” ticarət mərkəzinin söküntüsünə hazırlıq işlərinə start verilib.

ONA-nın xəbərinə görə, bununla əlaqədar təhlükəsizlik məqsədi ilə ərazi dəmir lövhələrlə hasarlanıb. Binanın damına ağır texnikalar qaldırılıb.

Söküntünü həyata keçirəcək şirkətin əməkdaşı bildirib ki, hazırda söküntüyə hazırlıq gedir: “Binanın söküntüsünə mayın 22-də başlanılacaq”.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.