Bu gündən dekabrın 14-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Milletinsesi.az xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, 2020-ci il 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Qərara əsasən, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyəti də 2021-ci il 31 yanvar saat 06:00-dək dayandırılıb.