“Amad Nyus” xəbər portalının rəhbəri Ruhulla Zam şənbə günü İranda edam edilib.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı “Mehr Nyus” yayıb. Məlumata görə, Zam asılmaqla edam edilib.
Qeyd edək ki, Zam 2019-cu ildə SEPAH tərəfindən tutulmuşdu. O, xəyanatdə, xarici ölkələrin kəşfiyyatına çalışmaqda ittiham edilirdi.
Zam Parisdə mühacir həyatı yaşayırdı. SEPAH-ın onun necə və harada həbs edərək, ölkəyə gətirdiyi hələ də açıqlanmayıb.