Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Məlumata əsasən, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində Suraxanı rayonunun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrin) içməli su müəyyən fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.