Masallı sakinindən narkotik tapılıb

Masallıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş M.Həbibov Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 175 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.
Share: