“Bavariya” onu satmır

“Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Koman Münhen klubunda qalacaq .

Qol.az “Sky Germany” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi “Mançester Yunayted”in maraqlandığı 24 yaşlı oyunçunu  buraxmaq niyyətində deyil.

Qeyd edək ki, Koman bu mövsüm “Bavariya”da 13 oyun keçirib, 5 qol vurub və 9 qolun ötürməsini verib.

Share: