Cənubi Koreya Futbol Assosiasiyası ölkədə bu ilin ən yaxşı oyunçusunun adını açıqlayıb.
Qol.az qurumun rəsmi “Tvitter” səhifəsinə istinadən xəbər verir ki, Cənubi Koreya millisinin və “Tottenhem”in hücumçusu Son Hın Min ölkədə 2020-ci ilin ən yaxşısı olub.
“Biz Son Hın Min dövründə yaşayırıq ! Kapitanımız və “Tottenhem”in oyunçusu ilə qürur duyuruq” – deyə Cənubi Koreya Futbol Federasiyasının “Tvitter” hesabında qeyd olunub.
Xatırladaq ki, Son Hın Min 2015-ci ildən “Tottenhem”də oynayır.