“Bavariya”nın futbolçusu Rebort Levandovski yeni rekorda imza atıb.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna Bundesliqanın son turunda “Volfsburq”la matçda (2:1) dubl etməklə nail olub. O, Münhen təmsilçisinin heyətində vurduğu qolların sayını 251-ə çatdırıb. Beləliklə, polşalı oyunçu Bundesliqada 250 qol səddini aşan ilk legioner futbolçusu olub.
Həmçinin o, 250 qol sayına çatan 3-cü oyunçu olub. Daha əvvəl bunu Gerd Müller (365) və Klaus Fişer (268) bacarıb.
Qeyd edək ki, Levandovski bu mövsüm 16 matçda 18 qol vurub və 4 qolun ötürməsini verib.