“Borussiya”nın futbolçusu ilin ən yaxşısı seçildi

Norveçdə 2020-ci ilin ən yaxşı kişi futbolçusu məlum olub.

Qol.az xəbər verir ki, “Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Holand ölkəsində ilin ən yaxşı futbolçusu seçilib. Bu barədə Norveç milli komandasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Holand, FİFA tərəfindən ilin ən yaxşı gənc futbolçusuna verilən “Golden boy” mükafatının da qalibi olub.

Share: