FHN-nin yeni medalı olacaq

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna Milli Məclis dəyişiklik edib.

Milletinsesi.az xəbər verir ki, layihəni deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

Deputat Razi Nurullayev bu layihəni dəstəkləyərək bildirib ki, nazirlik işğaldan azad edilən ərazilərdə quruculuq işlərində də fəal iştirak edəcək.

O, əlavə edib ki, FHN Covid-19-la mübarizədə də ciddi rol oynayır.

Razi Nurulayev bu nazir K. Heydərov başda olmaqla bu strukturda çalışanları təbrik edib.

 

Share: