Gürcüstanda son sutkada 51 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2345 yoluxma halı qeydə alınıb, 51 nəfər ölüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 214 871, ölənlərin sayı isə 2 233 nəfərə çatıb.

Virusa yoluxanlardan 191 968 nəfərin sağaldığı bildirilir.

Share: