Bill Qeyts 2021-ci ilin ilk proqnozunu söylədi

“Microsoft”un qurucusu Bill Qeyts 2021-ci il üçün qiymətləndirmə aparıb.

Milletinsesi.az unikal.org-a istinadən bildirir ki, Qeyts “təsirli peyvəndlər, koronavirus testləri və iqlim dəyişikliyi ilə mübarizə”nin 2021-ci ilin daha yaxşı bir il olması üçün əhəmiyyətli olduğunu bilidirib.

Belə ki, “Microsoft”un qurucusu 2020-ci ili dünyaya çox şey öyrətdiyini söyləyib:”

“2020-ci ildə qarşılaşdığımız çətinliklər, daha parlaq bir qlobal gələcəyi dəstəkləyəcək yenilikləri və iş birliklərini ortaya qoydu”, – deyə ifadə edib. Həmçinin də o, peyvəndlər barəsində, “Həm “Pfizer-Biontech”, həm də “Moderna” peyvəndlərinin təhlükəsiz və simptomatik Covid-19-un qarşısını almaqda çox təsirli olduğu təsbit edilib” şərhini də qeyd edib.

Share: