Müğənni Rihannaya qarşı təzminat davası açılıb.
Axşam.az xarici KİV-nə istinadən bildirir ki, İnstaqramda ifaçıya aid “Fenty” firmasının reklamında almaniyalı sənətçi Kinq Khan və qızına aid mahnıdan icazəsiz istifadə edilib.
Müəllif hüquqları tapdanan ata və qızı barbadoslu sənətçini məhkəməyə verərək ona təzminat davası açıblar.
Qeyd edək ki, Rihanna təkcə ötən il “Fenty” firmasının məhsullarının satışından əldə etdiyi gəliri ilə sərvətini 600 milyon dollar artırıb.