Koronavirus vaksinini tapan türk alimdən şok açıqlama

Koronavirus peyvəndini tapan türk professor Uğur Şahin bu peyvənddən istifadə etməsinin qadağan olduğunu açıqlayıb.

“BioNTech” şirkətinin icraçı direktoru Uğur Şahin Almaniyanın “Deutsche Welle” xəbər kanalına tapdığı peyvənd barədə açıqlamalar verib. O bildirib ki, tapdığı peyvəndi istifadə etməsi Almaniya qanunlarına görə qadağandır:

“Almaniya qanunlarına görə, şirkət işçiləri vaksindən istifadə edə bilməz. Vaksindən ilk öncə risk qrupu insanlar istifadə etməlidir”.

Professor həmçinin qeyd edib ki, sözügedən vaksin İngiltərədə mutasiyaya uğrayaraq meydana çıxan yeni növ koronavirusa qarşı da effektiv olacaq./Metbuat.az

Share: