Möminlərin bir-birlərinin üzərində olan 7 haqqı

Həzrət Peyğəmbər (s) möminlərin bir-biri üzərində olan haqlarını tanıtmış və buyurmuşdur: “Möminin mömin üzərində 7 haqqı vardır ki, Allah Təala onları onun üçün vacib etmişdir. Allah onlar barədə ondan soruşacaqdır:

1. Onu gözündə böyük hesab etsin.

2. Qəlbində sevsin.

3. Mal və malik olduqları ilə ona yardım etsin.

4. Onun üçün o şeyləri bəyənsin ki, özü üçün onları bəyənir.

5. Onun qeybətini haram hesab etsin.

6. Xəstə olan zaman ziyarətinə getsin.

7. Cənazə mərasimində iştirak etsin və öləndən sonra onun haqqında ancaq yaxşı şeylər yada salsın”.

Milli.Az

Share: