Koronavirus yaşlanmanı sürətləndirir?

Bioloq COVID-19-dan sağalanların erkən yaşlanması barədə xəbərdarlıq edib.

Milletinsesi.az e-tibb.az-a istinadən bildirir ki, Corc Meyson Universitetinin Sistemli Biologiya Məktəbinin professoru Ança Baranova, COVID-19 keçirən insanların tez yaşlanması barədə danışıb.

Onun sözlərinə görə, bədənin erkən yaşlanması, yüngül infeksiya keçirənləri belə təhdid edir. O, bir qrup həkim tərəfindən aparılan araşdırmanın müvafiq nəticələrindən bəhs edərək deyib ki, mütəxəssislər orta və yüngül dərəcəli COVID-19 xəstələrini müayinə ediblər:
“Bu xəstələrin hamısı ambulator şəraitdə müayinə olunublar. O zaman hamını müalicə etməyə cəlb etdikləri üçün bəziləri hətta xəstəxanalarda yerləşdirilmişdi. Hətta çox yüngül xəstələnmiş adamların 70 faizidə bəzi daxili orqanların patologiyası müşahidə edilirdi. Əsas patologiya yalnız ürəklə bağlı deyildi, əsasən yağ hepatozu (qaraciyərin əziyyət çəkdiyi hal) və pankreas (mədəaltı vəzi) toxumasının yağ degenerasiyası idi. Adətən belə diaqnozlar 60 yaşında, postkovid qrupda isə artıq 40 yaşda qoyulur”.

Professor, həmçinin koronavirusun “qocalığı yaxınlaşdırdığı” və “resursları xərclədiyi”qənaətinə gəlib. Onun fikrincə, infeksiyanın bütün nəticələrini ətraflı öyrənmək üçün daha çox oxşar araşdırma aparmaq lazımdır. A.Baranova xəstəxanadan çıxan koronavirus xəstələrindən daha çox analiz toplamağı və onları ətraflı öyrənməyi təklif edib.

Share: