Düyünü zəhərli maddələrdən təmizləmək üçün belə bişirin. Professorun tövsiyəsi

Kvins Universitetinin (Belfast) professoru Endi Mexarq düyünün düzgün bişirilməsi qaydasını açıqlayıb.

Professor qeyd edib ki, düyünün yetişdirilməsi zamanı qrunt sularından düyüyə zəhərli maddə olan mərgümüş düşür. Bu maddə orqanizmə toksiki təsir edir, orqanizmdə toplanaraq şəkərli diabet, ürək xəstəlikləri və xərçəng yaradır.

Saglamolun.az Focus.de-yə istinadla bildirir ki, professor Mexard xüsusi araşdırmalar apardıqdan sonar düyünü mərgümüşdən təmizləmək üçün onu bu qaydada bişirməyi təklif edib.

Düyü axşamdan bol suda isladılır, səhər axar suyun altında yaxşı yuyulur və sonra bişirilir. Suyun miqdarı düyüdən 5 dəfə çox olmalıdır. Bu qaydalara əməl etməklə düyüdə mərgümüşün miqdarını 82% azaltmaq mümkündür.

Share: