Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer”/”BioNTech” peyvəndini koronavirusdan təcili istifadə üçün tövsiyə edilən vaksinlərin siyahısına daxil edib.
Bu barədə “RİA Novosti” xəbər verir.
“Bu gün (cümə axşamı-red) ÜST təcili istifadə üçün siyahıya “Pfizer”/”BioNTech” istehsalı olan COVID-19 vaksinini daxil edib”, – açıqlamada bildirilir.
Qeyd edilir ki, vaksinin siyahıya daxil edilməsi UNİCEF və Panamerikanın Səhiyyə Təşkilatının bu dərmanı ehtiyacı olan ölkələrdə paylanılması üçün satın almasına imkan verəcək./report