Çinin bu şəhərində təyyarə ilə səyahət qadağan olundu

Çinin Heyluntsyan əyalətinin şimal-şərqindəki Heihe şəhərinin sakinləri səlahiyyətlilərin qərarına uyğun olaraq 1 yanvar tarixindən etibarən şəhərdən hava yolu ilə uça bilməyəcəklər.

Milletinsesi.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

“Epidemiyaya nəzarət edilməsi zərurəti ilə əlaqədar olaraq, infeksiyanın yayılmasının qarşısının alınması üzrə qərargahın rəhbərlik qrupu Heihe şəhərinin bütün sakinlərinin buradan hava yolu ilə çıxmasını qadağan etmək qərarına gəldi”, – deyə qərargahın açıqlamasında deyilir.

Heyluntsyan Səhiyyə Komitəsi son sutka ərzində Heihedə iki kəskin koronavirus virusuna və bir asemptomatik daşıyıcıya rast gəlindiyini açıqlayıb.

Share: