Nigerdə terror aktında ölənlərin sayı 100-ə çatdı

Nigerdə “Boko Haram” terror qruplaşması tərəfindən törədilən hücumlar nəticəsində ölən dinc sakinlərin sayı 100-ə çatıb.

Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, hücumlar nəticəsində 25 nəfər yaralanıb. İnsan haqları fəalları hadisəni sözügedən Afrika ölkəsində bu günə qədər baş vermiş ən böyük mülki qətliyam kimi qiymətləndiriblər.

Kəndlərdən birinin sağ qalan bələdiyyə sədrinin dediyinə görə, onlarla cihadçı iki qrupa bölünərək eyni vaxtda bir-birindən yeddi kilometr məsafədə yerləşən yaşayış məntəqələrinin sakinlərinə hücum ediblər.

Kəndlərin yerləşdiyi Tillaberi bölgəsi 2017-ci ildən etibarən Malidə yerləşən terror təşkilatlarının hücumuna məruz qalır.

Bununla əlaqədar bölgədə fövqəladə vəziyyət elan edilib.

Share: