Bakı sakinindən saxta əsginas və heroin götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Hüseynovdan iki ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq saxta əsginas götürülüb. Bundan başqa, həmin şəxsdən 2,6 qramdan çox heroin və elektron tərəzi aşkarlanıb.

Share: