Azərbaycan Mərkəzi Bankı 5 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Milletinsesi.az-a verilən məlumata görə, yanvarın 5-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2.0854 manat təşkil edir. 1 türk lirəsi 0.2291 manat, 1 rus rublu 0.0229, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5144 manatdır.