Hindistanda “quş qripi” ehtimalı – Minlərlə ölü quş tapıldı

Hindistanın şimalındakı Himaçal-Pradeş şəhərində Ponq-Dam gölü yaxınlığında 1 700-ə yaxın ölü quş tapılıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, ştat rəhbərliyi tələfatın “quş qripi” ilə əlaqədar olduğunu ehtimal edir.

Bununla əlaqədar sakinlərə gölün ətrafına yaxınlaşmaq, mal-qaranı gətirmək qadağan edilib.

Quşların ölüm səbəbini araşdırmaq üçün mütəxəssislərdən ibarət qrup yaradılıb.

Share: