Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Milletinsesi.az “koronavirus.info”ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür – 52.1 faiz, Aranda 13.4 faiz, Abşeronda 12.9 faiz, , Gəncə-Qazaxda 8.2 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakı şəhəri üzrə ən çox yoluxma halları Binəqədi, Xətai və Yasamal rayonlarında olub. Paytaxt üzrə yoluxanların 15,0 faizi Binəqədi, 13,1 faizi isə Xətai, 12,2 faizi Yasamal rayonunun payına düşür. Yoluxma hallarının 10,7 faizi Sabunçu, 7,9 faizi isə Nəsimi və Narimanov rayonlarında qeydə alınıb. Yoluxma hallarının 7,0 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5,0 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.

visio 2019

Share: