Trampın sosial şəbəkədəki hesabları bloklandı

Feysbuk sosial şəbəkə platforması ABŞ-ın hazırkı Prezidenti Donald Trampın paylaşımlarını məhdudlaşdırıb.

Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət Tampın Konqresə hücumla əlaqədar postlarına görə hesabını 24 saat blokladığını açıqlayıb.

İnstagram paylaşım platforması da dövlət başçısının profilinə 24 saatlıq paylaşım qadağası tətbiq edib.

Tvitter-də şiddət və qayda pozuntuları təhdidləri davam edərsə, Trampın hesabının silinəcəyi ifadə edilib. Xəbərdarlıq kimi hesabının 12 saatlıq bloklandığı qeyd olunub.

Share: