Qaçqınlara tikilən mənzillər nazirliyə verildi

Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.

Milletinsesi.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Heseynov deyib.

Onun sözlərinə görə, qəsəbələrdən və hündürmərtəbəli binalardan ibarət olan 4700-ə yaxın mənzil nazirliyin balansına verilib.

F.Hüseynov bildirib ki, həmin yaşayış kompleksləri Bakı, Sumqayıt, Abşeron, Samux və Lənkəran ərazisində inşa edilib və istifadəyə hazırdır.

 

Share: