Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bundan başqa, Prezidentin sərəncamı ilə Nərgiz Akif qızı Qurbanova da Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin digər sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycanın Polşadakı səfiri təyin edilib.