Bakının bəzi qəsəbələri susuz qaldı

Bu gün Bakının bəzi qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət tətbiq edilib.

Bu barədə Milletinsesi.az-a Azərsu ASC-də məlumat verilib.

Məlumata görə, səbəb magistral su kəmərində baş vermiş qəzadır. Odur ki, Şüvəlan, Şimal DRES və Mərdəkan qəsəbələrinin bir hissəs susuz qalıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması işləri aparılır.

 

Share: