“Twitter” Trampın digər hesablardan istifadə cəhdlərinin qarşısını alacaq

“Twitter” sosial şəbəkəsi ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabının bağlanması ilə əlaqədar digər hesablardan yazmaq cəhdlərinin qarşısını alacaq.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə “Twitter”in bəyanatında deyilir.

Bununla belə, D.Trampın istifadə edə biləcəyi ABŞ prezidentinin rəsmi hesabı (@POTUS) və Ağ Evin rəsmi hesabı (@WhiteHouse) rəsmi hesabı bağlanmayacaq. Amma bu hesablara müvəqqəti məhdudiyyətin tətbiq olunacağı deyilib.

Qeyd edək ki, “Twitter” sosial şəbəkəsinin rəhbərliyi şiddətə səbəb ola biləcəyindən narahat olduğu üçün ABŞ-ın hazırkı prezidenti Donald Trampın şəxsi hesabına girişi daimi əsasda bağlayıb.

Share: