İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Rutenq şəhərindən 113 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 650 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.